Vedi Coffeeshop in a restored 19th-century stone building in Baku's Old City

Veni, vidi, libenter bibi.

İçərişəhər tarixinin əhatəsində, 19-cu əsrə aid daş binada, keçmişin cazibəsi və müasir qəhvə sənətini birləşdirən məkan. Vedi kafedə içdiyin hər qurtumda Bakının qədimiliyi ilə zənginləşmiş kofenin dadını çıxart.

Kofeni fərqli edən nədir?

Vedi Coffeeshop → Hər qurtumda Bakının ruhunu hiss et

İçərişəhərin mərkəzində yerləşən Vedi kafe, şəhərin qədimliyini canlı saxlayan 1880-ci illərin tam bərpa edilmiş daş binasında xüsusi kofe təqdim edir. Vedi-də biz yalnız 100% Arabica dənələri istifadə edirik, bütün çeşidlərimiz SCA miqyasında 80+ bal almış yüksək keyfiyyətli "speciality coffee"-dir. Dənələr SCA-lisenziyalı mütəxəssis tərəfindən ən müasir avadanlıqlarla Bakımızda və təzə qovrulur.

100%Arabika dənələri

80+"Speciality" Kofe şkalasında

Specialty coffee preparation at Vedi CoffeeshopLatte art and premium coffee serviceVedi Coffeeshop interior and barista workspace

Menyumuz

Alternativ dəmləmələr

Alternativ dəmləmələr

Efiopiya Furla, Kenya Matunda və El Salvador Dossokam kimi single-origin dənələr.

Espresso əsaslı klassiklər

Espresso əsaslı klassiklər

Zərif və balanslı Brazil San Rafael dənələri ilə hazırlanır.

Soyuq-qarışıq içkilər

Soyuq-qarışıq içkilər

İsti Bakı günlərində təbii frozen qarışıqlar və buzlu kofe çeşidlərimizlə sərinlə.

Fasilə lazımdır? Fokuslanmaq istəyirsən? Rahat məkan axtarırsan? Vedi-də səni nə gözləyir?   Fasilə lazımdır? Fokuslanmaq istəyirsən? Rahat məkan axtarırsan? Vedi-də səni nə gözləyir?   Fasilə lazımdır? Fokuslanmaq istəyirsən? Rahat məkan axtarırsan? Vedi-də səni nə gözləyir?  

Vedi kafe bütün bunları və daha artığını təqdim edir. Öz kitabını gətir və ya kitabxanamızdan marağına uyğun kitab seç, noutbukunu aç, dostlarınla görüş, biznes görüşməsi et - hamısı sürətli Wi-Fi, sakit ab-hava və oturmağa dəyən kofe ilə.

Niyə məhz "Vedi"?

Ad Qərbi Azərbaycanın tarixi bölgəsi Vedibasardan gəlir köklərə, mədəniyyətə və irsə hörmət, hər fincanda təqdim olunur.

Why Vedi - specialty coffee heritageVedi Coffeeshop ambiance and atmosphere

İçərişəhərdə bizi necə tapmaq olar?

Vedi Coffeeshop, İçərişəhərin əsas girişi olan Qoşa Qala Qapısından bir neçə addımlıqda yerləşir. Tarixi küçələrin mərkəzində, şəhərin ən qədim hissəsini gəzərkən dadlı kofe içib dincəlmək üçün rahat məkandır.

İçərişəhərə Qoşa Qala Qapısından daxil olub, bir neçə addımdan sonra ilk döngədən sağa dön.

Bir az yuxarı qalxdıqda düz qarşında Salam Baku və sağ tərəfdə Qaynana Restoran görünəcək. Oradan sola dönüb, düz irəliləyərək küncdə Vedi-ni görəcəksən, təzə qovrulmuş kofe və rahat atmosferlə yolunu gözləyirik.

Book library corner at Vedi Coffeeshop in İçərişəhər
Freshly cut cake served with specialty coffee at Vedi
Vedi baristas brewing SCA-certified specialty coffee
Reading nook and curated book selection at Vedi Coffeeshop
Dessert plated at Vedi Coffeeshop in Baku's Old City
Espresso preparation at the Vedi bar counter

Vedi kafe Kilim Boutique Hotel ilə birgə məkanı bölüşür. Memarlıq, yerli mədəniyyət və qonaqpərvərliyin birləşdiyi sakit və zərif guşə.

UNESCO siyahısına daxil olan İçərişəhərin əsas abidələrinin əhatəsində, Vedi turistlərin, fotoqrafların və Bakıda vaxt keçirməyə maraqlı məkan axtaran hər kəsin sevimli ünvanıdır.

Kilim Boutique Hotel, which shares the historic building with Vedi Coffeeshop

Buranı xüsusi edən nədir?

Binamız sadəcə qədim deyil - kino tarixinin bir parçasını da saxlayır. Vedi-nin divarları Sovet mirası, məşhur - Brilyant Əl filminin xatirəsini daşıyır. Zamanla Yuriy Nikulinin baş qəhrəmanı oynadığı filmdəki həmin divarlar sinema sevərlərin və Sovet kinosu ilə maraqlanan qonaqların şəkil çəkdirmək üçün gəldiyi unikal bir nişanəyə çevrilib.